Malayziyadakı «McDonald's»ın sahibi, İsrailin Qəzza zolağında hərəkətlərinə dəstək verdiyi iddiası ilə Qərb şirkətlərini boykot etməyə çağıran ictimai hərəkata qarşı 1,3 milyon dollarlıq iddia qaldırıb.
FED.az-ın məlumatına görə, şirkət bu çağırışın ona mənfəət itkisinə başa gəldiyini elan edib.
Malayziyadakı «McDonald's»ın lisenziyası olan «Gerbang Alaf Restaurants Sdn Bhd» şirkəti Malayziyanın Boykot, Əldən Çıxarma və Sanksiyalar (BDS) hərəkatını "yalan və böhtan xarakterli bəyanatlara görə" məhkəməyə verib, 6 milyon ringgit (1,3 milyon dollar) məbləğində təzminat tələb edir.
«Reuters» xəbər verir ki, BDS daha əvvəl sosial mediada açıqlamalar verərək ölkədəki «McDonald's» restoran şəbəkəsini İsrailin “Qəzzada fələstinlilərə qarşı soyqırım müharibəsi”nə dəstək verdiyini iddia edib.
«McDonald's»ın Malayziyadası sahibi «Gerbang Alaf» şirkəti isə iddia edir ki, bu hərəkat ictimaiyyəti müəssisələri boykot etməyə təhrik edib ki, bu da pərakəndə satış məntəqələrinin bağlanması və iş saatlarının azaldılması da daxil olmaqla, mənfəət itkisinə və iş yerlərinin itirilməsinə səbəb olub.
«Reuters» xəbər verir ki, əhalisinin əksəriyyəti müsəlman olan Malayziya fələstinlilərin qatı tərəfdarıdır və digər müsəlman dövlətlərində olduğu kimi, ölkədəki bəzi Qərb fast-fud markaları da İsrailin bu ölkəyə qarşı apardığı müharibə ilə əlaqədar boykot kampaniyalarının hədəfinə çevrilib.
«McDonald's Malayziya» isə «hüquqlarını və maraqlarını» qorumaq üçün BDS-ə qarşı iddia qaldırdığını təsdiqlədi. Hərəkat fast food zəncirinin böhtanını “qəti şəkildə rədd edir” və işi məhkəməyə verəcək.
İsrailin Qəzza zolağında əməliyyatları oktyabrın 7-dən başlayıb. Buna səbəb Fələstinin «HƏMAS» hərəkatının yaraqlılarının ölkənin cənub bölgələrinə hücum edərək mindən artıq insanı öldürməsi və girov götürməsi olub.
Amma İsrail ordusunun buna cavab olaraq Qəzza zolağında o vaxtdan başladığı quru əməliyyatı və raket zərbələri nəticəsində indiyədək Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, burada əksəriyyəti mülki vətəndaş olmaqla, 21 mindən artıq insan həlak olub, ölənlər arasında minlərlə uşaq və qadın var.
Malayziyadakı «McDonald's» oktyabrın 15-də bəyanat yayaraq, şirkətin "100% müsəlmanlara məxsus olduğunu" və İsraildəki restoran françayzilərinin hərəkətlərinin onun dəyərlərini əks etdirmədiyini vurğuladı. İki gün sonra şirkət Fələstin humanitar fonduna 1 milyon ringgit (təxminən 220 min dollar) yardım etdiyini də açıqlayıb.