Ermənistanda süni intellekt nazirliyi yaradıla bilər, hökumət “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna müvafiq düzəlişlər layihəsini təqdim edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Ermənistan yüksək texnologiyalar nazirliyinin adını süni intellekt sahəsinə yönəldərək dəyişdirməyi planlaşdırır.
Ad dəyişikliyi nazirliyin funksiyalarının genişləndirilməsi, xüsusən də süni intellekt və bulud hesablama xidmətləri sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi ilə əlaqədardır.
Nəticədə Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin adını dəyişdirilərək Ermənistan Respublikasının Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi adlandırılacaq.
Əsaslandırmada qeyd edildiyi kimi, ad dəyişikliyi nazirliyin funksiyalarının genişləndirilməsi, xüsusən də süni intellektin, eləcə də bulud hesablama xidmətlərinin tətbiqi və inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi vəzifələri ilə bağlıdır.













