“Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilib.
Rəqabəti məhdudlaşdırma ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə halı müəyyənləşib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi:
Elektron Rəqabət İnformasiya Sisteminin (bundan sonra – ERİS) aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli;
Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ERİS-in “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və “Fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin dövlət reyestri”nə daxil edilməsini və dövlət qeydiyyatının həyata keçirilməsini təmin etməli.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.










