Çinin Weibo adlı sosial şəbəkəsində Xiaomi şirkətinin ilk qatlana bilən smartfon modelinin yeni videosu ortaya çıxıb. FED.az xəbər verir ki, bu barədə Gagadget saytı xəbər verib. Videoda yenidən Xiaomi şirkətinin qatlana bilıən smartfon modelinin iş prosesi əks olunub. Lakin videodan da görmək olar ki, bu dəfə şirkət tərtibatçıları sözügedən smartfon modelinin sistemini optimizasiya ediblər. Belə ki, smartfonun çalışmasında gecikmələr yoxdur və bununla yanaşı cihazın kompakt rejiminə keçidi də sürətlə reallaşdırılır.
Son məlumatlara əsasən Xiaomi şirkətinin ilk qatlana bilən smartfon modeli ya Mi Flex ya da Mi Foldadlanacaq. Smartfon bu ilin ikinci rübündə Çində satışa çıxmalıdır. Artıq məlumdur ki, Xiaomi-nin ilk qatlana bilən smartfon modelinin qiyməti Galaxy Fold və Huawei Mate X modellərindən iki dəfə ucuz olacaq. Texniki göstəricilər baxımından məlum olan odur ki, smartfon Snapdragon 855 prosessoru və 10/12 GB RAM ilə təchiz olunacaq.
©technote