“Azercell Telekom” MMC-nin törəmə müəssisəsi “Azeronline LTD” Birgə Müəssisəsinin baş icraçı direktoru dəyişib.
“PAŞA Holding”də - YENİ TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Elxan Kərimov Teymur oğlu bu vəzifəyə təyin edilib.
O, bu vəzifədə Elçin Niyazov İsrail oğlunu əvəz edib.
Qeyd edək ki, Elxan Kərimov 2017-ci ildən şirkətin IT departamentinin direktorudur.
“Azeronline LTD” Birgə Müəssisəsi 1999-cu il, 29 dekabr tarixində “Azercell Telekom” tərəfindən təsis edilib. Azərbaycanda yaranan ilk internet provayder şirkətlərindən biri olan Azeronline fəaliyyətinə dial-up internet xidmətinin göstərilməsi ilə başlayıb.
Hazırda “Azeronline” həm fərdi, həm də korporativ müştərilərinə ADSL xidməti ilə yanaşı, müasir texnologiyalara əsaslanan FTTx, Simsiz və Ayrılmış xətt kimi internet xidmətləri də təqdim edir. Şirkətin müştəriləri iri şirkətlər, banklar, eləcə də dövlət qurumlarıdır.