Sentyabrın 22-də neft qiymətləri bir neçə günlük enişdən sonra yenidən artıb.
İnvestorlar bu həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası zamanı baş tutması gözlənilən ABŞ-İran danışıqlarını gözləyir, bu gözləntilən fonunda Brent markalı xam neftin qiyməti 0,22% artaraq bir barel üçün 100,57 dollara çatıb.
WTI nefti isə 0,02% artaraq bir barel üçün 95,80 dollara çatıb.
Bu arada Yaxın Şərqdə gərginlik davam edir.
Yəməndəki Husi qüvvələri Ər-Riyada və Yanbu şəhərindəki Saudi Aramco zavoduna hücum etdiklərini elan etdikdən sonra Yaxın Şərqdə gərginlik yüksək olaraq qalır. Husilər həmçinin Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələrin Qırmızı dəniz sahillərinə çıxışını kəsmək üçün səylərini artırdılar.
Səudiyyə Ərəbistanı bununla bağlı Pekindən kömək istədikdən sonra Çin Tehrana Husi hücumlarının məhdudlaşdırılmasına kömək etmək üçün xüsusi müraciət edib.












