“PAŞA Holding” MMC-nin Ekosistem üzrə yeni aparat rəhbəri təyin edilib.
Pərvin Məmmədov PAŞA Bank Georgia-nın İdarə Heyətinin üzvü və Baş Maliyyə direktoru - TƏYİN EDİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Ruslan Məmmədov təyin edilib.
R.Məmmədov bundan öncə “PAŞA Holding” MMC-nin Qrup üzrə Risklərin idarəedilməsi Departamentində Risk meneceri vəzifəsində çalışıb. O, həmçinin “Kapital Bank” ASC-də Böyük Kredit Komitəsinin sədri vəzifəsini icra edir və Risklərin İdarə Edilməsi Komitəsinin üzvüdür.
Qeyd edək ki, “PAŞA Holding” MMC-nin riteyl ekosisteminə Kapital Bank, “PashaPay” MMC (MilliÖn) və “Competo” MMC (Umico) şirkətləri daxildir. Ekosisteminin baş icraçı direktoru Fərid Məmmədovdur.