"Azercell Telekom" MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş "Zvuk" xidməti ləğv ediləcək.
FED.az xəbər verir ki, ləğv edilmə 20.02.2023-cü ildən etibarən baş verəcək.
"Azercell" yeni ildən tarifləri dəyişir – YENİ QİYMƏTLƏR VƏ ŞƏRTLƏR
Göstərilənlərə əsasən, xidmətin ləğv ediləcəyi tarix nəzərə alınmaqla xidmətin müvafiq növbəti aylıq, həftəlik və günlük yenilənmələrinə məhdudiyyət qoyulacaq.
Qeyd edək ki, abunəçilər baş verən dəyişikliklər, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin müştəri xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon mərkəzi) müraciət etməklə əldə edə bilərlər.