"Azercell Telekom" MMC «SimSim» sistemində bəzi tarif paketləri üzrə qiymətləri və şərtləri dəyişir.
FED.az xəbər verir ki, 31/01/2023-cü il tarixdən etibarən, "Azercell Telekom" MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən "Sərbəst" və "Gənc OL" tarif paketləri çərçivəsində aşağıdakı dəyişikliklər tətbiq ediləcək:
"Sərbəst 6", "Sərbəst 10", "Sərbəst 15", "Sərbəst 25", "Sərbəst 50","Sər- best 75" tarif paketləri çərçivəsində istifadə müddəti bitdikdə və paketlər yenilənmədikdə şəbəkədaxili zəngə görə - 0,08 manat.
"Gənc OL 2", "Genc OL 6", "Gənc OL 9" tarif paketləri çərçivəsində istifadə müddəti bitdikdə və paketlər yenilənmədikdə şəbəkədaxili və tarifdaxili zəngə görə - 0,08 manat.
Qiymətlər ƏDV daxil göstərilib. Hesablama intervalı 60 saniyə təşkil edir. Xatırladaq ki, indiyədək bu məbləğ 0,06 manat təşkil edib.
Abunəçilər göstərilən dəyişikliklər, həmçinin "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.