Azərbaycanın aparıcı mobil operatoru olan «Azercell» yeni mobil ödəniş xidmətini təqdim edib.
Eləcə də bax: «Bazarın 49%-i bizdədir» - «Azercell» PULLARINI AÇIQLADI
FED.az xəbər verir ki, şirkət yanvarın 8-dən başlayaraq bank hesabı olmadan mobil ödənişlərin həyaat keçirilməsinə başlayıb. Mobil ödəmə xidməti yerli banklar və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliynin Elektron Hesablama Mərkəzinin dəstəyi ilə tətbiq eilib. Hazırda fakturasız xətt abunəsiləri uçün aktivdir.
Müştərilər bu xidmətdən istifadə etmək üçün «Kabinetim» mobil tətbiqini yükləməlidirlər. İlkin şərtlərə görə mobil ödəmə xidmətindən istifadə etmək üçün nömrənin balansında 3 manatdan az pul olmamalıdır, maksimal birdəfəlik ödəniş 50 manatdır, ay ərzmindi isə limit 500 manatdan artıq olmayacaq.
Şirkətdən bildirib ki, bu limitlər bir qədər sonra statistik analizlər nəticəsində müştərilərə adaptiv olaraq dəyişdirilə bilər.
Hazırda bu xidmətlə yalnız kommunal ödənşləri həyata keçirmək mümkündür. Qarşıdakı məqsədlərə bu xidmətin fakturalı xətt abunəsiləri üçün də əlçatan etmək aiddir.
Gələcəkdə bu xidmət sərnişin nəqliyyat vasitələrində və marketlərdə, eləcə də, ictimai iaşə obyektlərdə istifadə edilməsi nəzərdə tutulur.