Hazırda «Azərcell»in 4,5 milyon abunəçisi var və şirkət Azərbaycanın mobil rabitə bazarının 49%-nə nəzarət edir.
Eləcə də bax: "Azercell" prezidenti: "Dövlət büdcəsinə - 1,845 MLRD. MANAT ÖDƏMİŞİK"
FED.az xəbər verir ki, bu barədə şirkətin 2019-cu ilin nəticələrinə həsr edilmiş tədbirində şirkətin prezidenti Vahid Mürsəliyev bildirib.
Azərbaycanın aparıcı mobil operatoru olan «Azercell» fəaliyyət göstərdiyi 23 il ərzində dövlət büdcəsinə vergilər və digər ödənişlər kimi 1 milyard 845 milyon manat ödəyib.
Onun sözlərinə görə, şirkət təkcə 2019-cu ildə dövlət büdcəsinə 112 milyon manat ödəyib.
V.Mürsəliyev bildirib ki, şirkət ötən il mobil rabitənin inkişafına 94 milyon dollar yatırıb, 23 il ərzində isə bu məqsədlə şəbəkəyə 1 621 milyon dollar yatırılıb.