Həm ölkə, həm də bütün dünya iqtisadiyyatı üçün ağır sınaq dövrü olan 2020-ci ili Azercell Telekom itkisiz və ciddi nailiyyətlərlə başa vurmağı bacarıb.
Eləcə də bax: "Azercell" 2020-ci ilin nəticələrini - Açıqladı
FED.az xəbər veriri şirkətdən daxil olmuş məlumatda bildirlir ki, 2020-ci ildə ölkənin mobil kommunikasiya bazarında 49% faiz pay sahibi olan Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi Azercell 2020-ci ildə dövlət büdcəsinə 111.9 milyon AZN, 24 il ərzində isə ümumilikdə təxminən 2 milyard AZN vergi ödəyib.
Mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2020-ci ildə 58 milyon ABŞ dolları, 1996-2020-ci illər ərzində isə 1.7 milyard ABŞ dolları həcmində sərmayə yatırıb.
İndi şirkətin coğrafi əhatə dairəsi ölkəmizin işğaldan azad olunmuş əraziləri də daxil olmaqla 94.8% əhali əhatəsi isə 98.8% təşkil edir.
Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daim öndə olan “Azercell Telekom” il ərzində ölkəmizdə 4G şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib. Ötən il boyu Azercell-in 4G şəbəkəsinin əhatəsi dairəsi 74,2%-dən 85,1%-ə yüksəlib. Bununla yanaşı, 2020-ci ildə 4G texnologiyası üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb, 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı 2679-a çatdırılıb. Azercell şəbəkəsi üzərindən ötürülən məlumatın həcmi 2.25 dəfə artıb. Ümumilikdə, 2020-ci il ərzində yalnız 4G şəbəkəsi üzrə internet trafikində isə 60% artım müşahidə olunub.