“Bakcell Telekom”un sahibi olan “NEQSOL Holding”ə yeni Baş inzibatçı təyin edilib.
FED.az Banker.az-a istinadən məlumat verir ki, belə ki, Bu günə qədər “PAŞA Bank” ASC-də Büdcə və İdarəetmə Hesabatları Departamentinin direktoru olan Elman Bayramov “NEQSOL Holding”-ə transfer olub. Onun dəqiq olaraq holdinqdə vəzifəsi Baş audit inzibatçısıdır.
Elman Bayramov “PAŞA Bank”da bu vəzifədə 2018-ci ilin avqustunda gəlib. O, buna qədər isə “PAŞA Holdinq” MMC-də və “EY Azerbaijan” audit şirkətində çalışmışdır.
Eləcə də bax: "PAŞA Holdinq"in rəhbərliyinə - YENİ TƏYİNAT
E.Bayramov artıq vəzifə icrasına bu aydan başlayıb.
“NEQSOL Holding” sement zavodu ola “NORM”, “NOBEL Oil”, “NOBEL Upstream”, “Bakcell”, “AzerTelecom” və yaxın zamanlarda Ukraynada satın aldığı “Vodafone Ukrain” kimi bpyük şirkətlərə sahibdir.