“Google” və “ChatGPT”nin Azərbaycan üzrə bazar payı məlum olub.
Azərbaycanda ən çox bazar payına malik smartfon markaları - SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Global Stats” Statistika Mərkəzinin məlumatına görə, bu ilin mart ayında “Google”un Azərbaycandakı bazar payı 99.59 faiz təşkil edib.
Məlumata əsasən, bu göstərici aylıq ifadədə 0.02 faiz bəndi artıb.
Bu ilin fevral ayında “Google”un Azərbaycan üzrə bazar payı 99.57 faiz idi.
Hesabat dövründə “ChatGPT”nin Azərbaycan üzrə bazar payı isə 0.41 faiz təşkil edib ki, bu da əvvəlki aydakı göstəriciyə nisbətən 0.02 faiz bəndi azdır.
Bu ilin fevral ayında “ChatGPT”nin Azərbaycan üzrə bazar payı 0.43 faiz idi. (Trend)











