2024-cü ilin dördüncü rübündə Apple, Çin smartfon bazarındakı liderliyini Vivo və Huawei-yə təhvil verdi. Vivo 17 faiz, Huawei isə 16 faiz bazar payı ilə önə çıxdı, Apple isə 15 faizlə üçüncü yerə gerilədi.
Hakerlər ilk dəfə olaraq “iPhone15”i sındırdılar
FED.az xəbər verir ki, Apple-ın zəifləməsinə süni intellekt funksiyalarının çatışmazlığı səbəb olub. Çin istehsalı smartfonlar isə süni intellektlə zəngin xüsusiyyətləri ilə istehlakçıların diqqətini çəkdi və Apple üçün ən zəif illik satış göstəricilərindən birini gətirdi.
Apple həmçinin Huawei-nin yüksək səviyyəli modelləri və digər yerli markaların texnoloji yenilikləri ilə rəqabət aparmaqda çətinlik çəkir. Bazarda artan qatlanan telefonlar və premium seqmentdəki güclü rəqabət vəziyyəti daha da mürəkkəbləşdirir.