Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq.
Üç tanınmış hakimlə bağlı yeni qərar veriləcək
FED.az xəbər verir ki, bu barədə təqdimat Milli Məclisə daxil olub.
Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.
Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur. (Apa)