Azərbaycanda bir çox sahələrdə fəaliyyət göstərən “Retro Holding” MMC yarım milyonluq mənimsəmə iddiası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Eləcə də bax: Bakıda 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilən şəxslərə - BƏRAƏT VERİLİB
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Retro Holding” Rayon Polis İdarəsinə məktubla müraciət edərək 2016-ci ilin dekabr ayında baş verən hadisə barədə məlumat verib.
Ərizədə qeyd edilib ki, həmin zaman “Spult” MMC-nin direktoru Azad Əliyev Holdinqdən 350 min dollarlıq (təxminən 595 min manat) arpa alıb. Lakin A.Əliyevin bu günədək pulu ödəmədiyi bildirilib.
Hazırda Xəzər RPİ-də ilkin əməliyyat-axtarış tədbirləri davam etdirilir.