Bu ilin altı ayı ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülən tədbirlər nəticəsində özgə əmlakına vurulmuş 30 milyon 497 min 159 manat maddi ziyandan 11 milyon 788 min 890 manatının ödənilməsi təmin olunub.
Azərbaycanda Baş Prokurorluğun qərarları ilə - YOXLAMA APARILAN DÖVLƏT QURUMLARI - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilən geniş əməliyyat müşavirəsində bildirilib.
Qeyd edilib ki, dövlət mülkiyyətinə vurulmuş 19 milyon 4 min 29 manat ziyanın 7 milyon 160 min 911 manatı, xüsusi mülkiyyətə vurulmuş 11 milyon 466 min 351 manat məbləğində maddi ziyanın 4 milyon 627 min 979 manatı ödənilib. Habelə, cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 1 milyon 849 min 526 manat məbləğində pul vəsaitinin ödənilməsi və zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 3 milyon 578 min 752 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/