Azərbaycanda özəl məhkəmə eksperti olmaq üçün şərt müəyyen edilib. FED.az xəbər verir ki, «Lisenziyalar və icazələr haqqında» qanuna edilən dəyişikliyə görə, özəl məhkəmə eksperti fəaliyyəti göstərmək üçün icazə alınması tələb olunacaq. Bu yenilik Qanunun 77-ci maddəsinə edilən dəyişiklikdə nəzərdə tutulub.
Eləcə də bax: Azərbaycanda özəl məhkəmə ekspertizası olacaq - YENİLİK
«Lisenziyalar və icazələr haqqında» qanun, 77-ci maddə
Köhnə variant
77. auditor adı almaq üçün verilən ixtisas imtahanının nəticələrini təsdiq edən sənəd;
Yeni variant
77. şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün müəyyən sahədə xüsusi biliklərə malik olduğunu təsdiq edən sənəd (özəl məhkəmə ekspertinin şəhadətnaməsi, auditor adı almaq üçün verilən ixtisas imtahanının nəticələrini təsdiq edən sənəd);