Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi Azad Abdullayevə verilən ittihamlar məlum olub.
Eləcə də bax: Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər saxlanıldı
FED.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin dələduzluq etməsi faktına görə başlanmış cinayət işi üzrə 22.10.2021-ci il tarixdə CM-nin 178.2.2,(dələduzluq) 178.2.3 178.2.4 və 32.4, 312.2-ci(rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham verilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq 06.06.2022-ci il tarixdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. (Apa)