Azərbaycanda istixana ilə pomidor yetişdirib xarici bazara yönəldən aqrar şirkət Mərkəzi Bankın cəriməsi ilə üzləşib. “BİNƏ AQRO” Qapalı Səhmdar Cəmiyyəti 8 000 min manat avro civarında cərimələnib.
Eləcə də bax: “McDonald’s Azərbaycan” cərimələnir – Səbəb isə Budur…
FED.az Banker.az-a istinadən xəbər verir ki, daxili və xarici bazar üçün tərəvəz yetişdirən “BİNƏ AQRO” barəsində səlahiyyət sahibi olan Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edilib, Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Cərimə protokoluna əsasən, aqrar şirkət 8 min avro (AMB-nin rəsmi məzənnəsinə görə: 16 520 manat) cərimələnmişdir.
“BİNƏ AQRO” bu cərimədən narazı qalaraq apelyasiyaya müraciət etmişdir.
Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Bu maddədə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.
“BİNƏ AQRO” 2015-ci ildə yaradılıb və 164 min manat nizamnamə kapitalına sahibdir. İstehsal olunan məhsulları əsasən Rusiya, Baltik ölkələri, Səudiyyə Ərəbistan, Qətər, Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur.