Nəqliyyat Vasitələri ilə bağlı qaydaları pozduğu üçün məhkəmə qərarı ilə cərimələnən şirkət ADSEA-nın tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin elan etdiyi Nəqliyyat və xüsusi texnika vasitələrinin icarə xidmətinin satın alınması tenderinin qalibi elan edilib.
Xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 17.01.2025 ci il tarixində Nəqliyyat və xüsusi texnika vasitələrinin icarə xidmətinin satın alınması tenderini elan edib. Tenderin nəticəsi 21.04.2025 ci ildə elan olunub. “Transtone” MMC 590 177 AZN təkliflə tenderin qalibi elan edilib.
Qeyd edək ki, bir müddət əvvəl bu şirkətə nəqliyyat vasitələri ilə bağlı qaydaları (339.1 ci maddə -Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydaları) pozduğu üçün Yasamal Rayon Məhkəməsinin qərarı ilə inzibati tənbeh tətbiq edilərək cərimə kəsilib. Bu barədə mətbuatda məlumatlar yayılıb.
Xatırladaq ki, son zamanlarda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin tabeliyində olan Bakı şəhərindəki sutəmizləyici qurğuların, kanalizasiya sistemlərinin düzgün işləməməsinə görə tunellərin və küçələrin su altında qalması adıçəkilən qurumun nöqsanlara yol vermiş şirkətlərlə birgə fəaliyyəti səbəblərindən biri ola bilər.
Məhkəmənin qərarı ilə cərimələnən şirkət ADSEA-nın tabeliyindəki qurumun elan etdiyi tenderin qalibi olub

12:34
30 Aprel 2025