Məhkəmə-Hüquq Şurasının hüquqları və vəzifələri genişləndirilir.
FED.az xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklərin qüvvəyə minməsi ilə əlaqədar bəzi qanunlarında dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə hakimləri öz razılığı ilə 1 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına ezam etmək, zərurət olduqda, ezam edilmiş hakimin razılığı ilə ezam edilmə müddətini yenidən 1 ilədək uzatmaq, birinci instansiya məhkəməsinin hakimi öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda, həmin məhkəməyə digər müvafiq məhkəmənin hakimini onun razılığı ilə 1 ilədək müddətə ezam etmək daxil edilir.
Bundan başqa Məhkəmə-Hüquq Şurası birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin müvəqqəti olaraq icrasını həmin məhkəmənin hakimlərindən birinə həvalə edə bilər.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılıb və bir oxunuşda qəbul olunub.