Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır.
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişikliyi təsdiqləyib.
Belə ki, icra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə ediləcək.
Qeyd edək ki, bu günə qədər müvafiq ödənişlər icra xidməti icra məmurlarının xüsusi fondu hesabına həyata keçirilirdi.