Dubay şirkəti “RMH General Trading” DMCC “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun əmlaklarından birinin müsadirədən azad edilməsi tələbi ilə məhkəməyə müraciət edib.
"Baku Steel Company"nin keçmiş rəhbəri - BƏRAƏT İSTƏYİR
FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət Sumqayıt şəhərində yerləşən “Baku Non Ferrous And Foundry Company”dən gedir.
Müraciəti onunla əsaslandırıb ki, “Baku Non Ferrous And Foundry Company”nin təsisçisi “RMH General Trading” DMCC-dir və Rasim Məmmədova heç bir aidiyyəti yoxdur. Xarici şirkət sözügedən əmlakın avadanlıqları ilə birgə müsadirə edilməsinin onların maraqlarına toxunduğunu, mülkiyyət hüququnu pozduğunu qeyd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün prosesual müddətin başa çatdığını əsas gətirərək müraciəti rədd edib. Şirkət qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Lakin bu dəfə də müraciətləri əsassız sayılıb.
Qeyd edək ki, Rasim Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, onun Bakı Oksford Məktəbinin binası da daxil olmaqla 70 milyonluq əmlakı müsadirə olunub.
İstənilən hüquq və vergi xidmətləri ilə bağlı məsələləri “Turan Legal and Tax Services” şirkətinə həvalə edə bilərsiniz. “Turan Legal and Tax Services” sizə ən yüksən konsaltinq standartları ilə xidmət göstərən etibarlı hüquq şirkətidir. “FED.AZ saytının “Hüquq” və “Məhkəmələr” rubrikasına aid bütün xəbərləri ölkənin ən qabaqcıl konsaltinq şirkətlərindən olan “Turan Legal and Tax Services” şirkəti təqdim edir. Ünvan: Bakı, Füzuli küç. 37 Park View Biznes Mərkəzi, V mərtəbə Telefon: +994 (12) 525 90 09 E-mail: [email protected] https://turanlegal.az/az/