“Azərsu” Açıq Səhmdar Cəmiyyət (ASC) “Term” Kompaniyasına 110 min 241 manat borc yazıb.
Eləcə də bax: "Təmiz Şəhər" "Azərsığorta"nı - MƏHKƏMƏYƏ VERİB
FED.az xəbər verir ki, borc su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanıb.
Ancaq şirkət bu borcu əsassız hesab edir. "Azərsu" ASC-yə qarşı “borcun silinməsi” tələbi ilə bağlı iddiaya Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, “Term” kompaniyası tikinti fəaliyyətini həyata keçirir.
Report