Azərbaycanda bütün hüquqi şəxslərin, o cümlədən MMC-lərin təsisçilərinin və benefisiarlarının adları ictimaiyyətə açıqlanacaq.
Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir
FED.az xəbər verir ki, bununla bağlı hökumətdə qanun layihəsi hazırlanır.
Qeyd edək ki, hazırda Azərbaycan qanunvericiliyində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin qeydiyyata alınması tələbi mövcud deyil. Eyni zamanda benefisiar mülkiyyətçi barədə məlumatlar hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumat hesab olunmur.
Amma yaxın vaxtlarda bu sahədə dəyişiklik gözlənilir.
Hazırda benefisiar mülkiyyətçi barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması ilə bağlı Maliyyə Monitorinqi Xidməti tərəfindən qanun layihəsi hazırlanıb.
Qanun layihəsi Mülki Məcəlləyə, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti
haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Kommersiya sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” Qanunlara dəyişiklik edilməsini nəzərdə tutur.
Eləcə də bununla bağlı digər əlaqəli normativ hüquqi aktlarının da qəbul edilməsi gözlənilir. Bütün bu sənədlərin layihələri aidiyyəti dövlət orqanları ilə razılaşma mərhələsindədir.