Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir.
Zamin duran şəxsin özünün bankdan kredit götürməsində - PROBLEM YARANIRMI?
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zamin subsidar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılacaq.