"Global Energy Solutions” MMC şirkəti 2025-ci ilin ilk 6 ayı (yanvar-iyun) maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin ümumi gəlirləri 98,4 min manata çataraq, ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 min manat (78,9%) artıb. Ən kəskin artım malların satışı üzrə gəlirlərdə baş verib. Bu maddə üzrə gəlirlər 66,9 min manata yüksələrək, il ərzində 42,7 min manat və ya 2,8 dəfə artıb.
Xidmətlərin göstərilməsindən əldə edilən gəlir isə 31,5 min manata çataraq cüzi (0,8 min manat) artıb.
Gəlirlərin artması fonunda xərclər də böyüyüb, lakin gəlir artımı xərcləri üstələyib:
Satışların maya dəyəri 59,9 min manata bərabər olub. İllik müqayisə ilə 35 min manat başqa sözlə 2,4 dəfə artım baş verib.
Əmək haqqı xərcləri 12 min manat təşkil edib. Son bir il ərzində 0,9 min manat (8,1%) artım qeydə alınıb.
Müsbət hal kimi, şirkət əməliyyat xərclərini 7,9 min manata endirərək 0,5 min manat (6,0%) azaltmağa nail olub.
Bu amillərin birgə təsiri ilə şirkətin faiz, vergi və amortizasiyadan əvvəl mənfəəti 14,1 min manata yüksəlib ki, bu da illik müqayisədə 7,7 min manat və ya 2,2 dəfəlik bir artım deməkdir.
Ən böyük müsbət dəyişiklik məzənnə fərqi əməliyyatlarında baş verib. Ötən ilki 0,2 min manatlıq zərərin əksinə olaraq, bu il 0,3 min manatlıq mənfəət əldə edilib.
Eyni zamanda, şirkət digər xərclərini 1,3 min manata endirərək 0,6 min manat (31,3%) azaltmağa nail olub.
Bu dövrdə digər gəlirlər 2,5 min manat, faiz xərcləri isə 2,3 min manat təşkil edib.
Bütün bu amillərin yekununda, şirkətin vergidən əvvəlki mənfəəti 12,8 min manata yüksələrək 7,8 min manat (2,6 dəfə) artıb.
Mənfəətin artması ilə əlaqədar olaraq, ödənilən mənfəət vergisi də 2 min manat və ya 2,6 dəfə artımla 3,2 min manata yüksəlib..
Nəticədə, “Global Energy Solutions” MMC 2025-ci ilin ilk yarısını 9,6 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 5,8 min manat və ya 2,5 dəfə daha çoxdur.
Hesabat dövrünün sonunda şirkətin ümumi aktivləri 234,2 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33,9 min manat (16,9%) artım deməkdir.
Cəmi uzunmüddətli aktivlər 43 min manata bərabər olub. İl ərzində 14,8 min manat və ya 52,5% artım qeydə alınıb.
Ən kəskin artım əlaqəli şirkətlərə borclar maddəsində baş verib. Bu maddə 39,8 min manata yüksələrək, il ərzində 15,1 min manat (61,1%) artıb.
Bununla yanaşı, şirkətin qeyri-maddi aktivləri cüzi (0,01 min manat) artıb.
Bu dövrdə əsas vəsaitlər 1,9 min manata enərək 0,3 min manat (13,6%), investisiya qoyuluşu isə 1,1 min manata enərək 0,1 min manat (8,7%) azalıb.
Cəmi qısamüddətli aktivlər 191,2 min manata bərabər olub, İllik müqayisə ilə 19,1 min manat (11,1%) artıb.
Ticarət və digər debitor borcları 81,7 min manat təşkil edib. Son bir il ərzində bu borclar 24,8 min manat (43,6%) artıb.
Müddətli depozitlər 78,2 min manata yüksələrək 21,3 min manat (37,4%), mal-material ehtiyatları isə 2,0 min manata yüksələrək 0,5 min manat (33,3%) artıb.
Bunun əksinə olaraq, şirkətin likvidliyi kəskin şəkildə azalıb. Pul vəsaitləri 5,6 min manata enərək 7,9 min manat və ya 2,4 dəfə azalıb.
Vergi üzrə verilmiş avanslar 0,1 min manat səviyyəsində olub. 2023-cü ilə nəzərən 7,5 min manat və ya 110 dəfədən çox azalma baş verib
Ümumi kapital 82,8 min manata yüksələrək, il ərzində 19,2 min manat (30,2%) artıb.
Cari il üzrə mənfəət 9,6 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 min manat (2,5 dəfə) artım deməkdir.
Bölüşdürülməmiş mənfəət 65,6 min manata çataraq 13,4 min manat (25,7%) artıb.
Nizamnamə kapitalı isə 7,6 min manat səviyyəsində dəyişməz qalıb.
Ümumi öhdəliklər il ərzində 14,8 min manat (10,8%) artımla 151,5 min manata yüksəlib.
Qısamüddətli öhdəliklər 143,1 min manata çatıb ki, bu da illik 11,0 min manatlıq bir artım deməkdir. Bu artımın əsas səbəbləri qısamüddətli borc öhdəliklərinin 43,2 min manata yüksələrək 11,0 min manat artması və əlaqəli şirkətlərdən alınmış borcların 40,4 min manata yüksələrək 9,9 min manat artmasıdır.
Uzunmüddətli öhdəliklər isə 3,7 min manat (79,3%) artımla 8,4 min manata yüksəlib. Bu artımın əsas səbəbi isə 5,1 min manatlıq yeni uzunmüddətli borcların cəlb edilməsidir.