Hadisə

Ukraynanın sərnişin təyyarəsi İranda - QƏZAYA UĞRAYIB

Ukraynanın sərnişin təyyarəsi İranda - QƏZAYA UĞRAYIB | FED.az
08:07 8 Yan 2020

İranda Ukrayna sərnişinlərinin olduğu "Boeing 737" sərnişin təyyarəsi qəzaya uğrayıb.

FED.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Eləcə də bax: “Türk Hava Yolları”nın təyyarəsi Ukraynada - QƏZAYA UĞRADI – VİDEO

Məlumata görə, hadisə İmam Xomeyni adına beynəlxalq hava limanında qeydə alınıb. Təyyarə uçuşdan az sonra yerə düşüb. Hava limanının rəhbəri məlumatı təsdiqləyib. Qəzanın texniki səbəblərdən baş verdiyi bildirilir.

Qeyd edilir ki, hadisə zamanı təyyarədə 180 nəfər olub.

İranda baş vermiş təyyarə qəzası nəticəsində sərnişinlərin hamısı həyatını itirib.

Report

Digər xəbərlər