Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sinoptiklərin bu gün axşam saatlarından etibarən hava şəraitinin kəskinləşəcəyi proqnozu ilə əlaqədar təxliyə tədbirlərinə başlayıb.
Eləcə də bax: İşəgötürənlərə hava şəraiti ilə bağlı - XƏBƏRDARLIQ EDİLDİ
FED.az "Report"a istinadən xəbər verir ki, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, 1000 nəfərə yaxın işçi sahilə təxliyə olunub.
“Bu gün axşam saatlarından etibarən hava şəraitinin kəskinləşməsi proqnozlaşdırılır. Dənizdə küləyin sürətinin 35-40 metr saniyəyədək artması gözlənilir. Buna görə dəniz platformalarında, estakadalarda açıq sahələrdə aparılan işlər dayandırılıb. Bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək”, - İ.Əhmədov qeyd edib.