Səudiyyə Ərəbistanında 5 Noyabrda başlayan istintaq çərçivəsində aralarında şahzadələr, nazir, nazir müavinləri, keçmiş nazirlər və iş adamlarının olduğu onlarca adamın "korrupsiya və rüşvət iddiası" ilə həbs edilməsindən sonra ölkənin zənginləri pullarını ölkə xaricinə çıxarmağa çalışır.
FED.az "Marja"ya istinadən xəbər verir ki, "Bloomberg İnternational"ın altı mənbəyə istinadən yadığı xəbərə görə, nağd vəsaitlərin Səudiyyə Ərəbistanından digər Körfəz ölkələrinə keçirilməsi üçün milyarder və milyonçular banklar, menecerlər və məsləhətçilər ilə danışıqlara başlayıblar. Səbəb isə həmin vəsaitlərin dondurulması, ya da əl qoyulması xofudur.
Şənbə günü 11 şahzadə, dörd nazir, keçmiş nazirlər və holdinq sahibləri daxil onlarla insan saxlanılıb.
Eləcə də bax: "Veysəloğlu" şirkəti işçi axtarır - VAKANSİYA
Bu günə qədər dondurulan 1700 hesabda 800 milyard dollar olduğu ortaya çıxıb. Körfəz investorları, çərşənbə axşamı Dubay səhmlərində 92,5 milyon dollarlıq satış ediblər. Bu miqdar, fevraldan bu yana ən yüksək səviyyədir.
@Marja