Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında baş verən güclü zəlzələ nəticəsində "Aeon Mall Kumamoto" iri ticarət mərkəzi çöküb.
FED.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Yeraltı təkanlar zamanı binanın ikinci mərtəbəsi uçub. Təxminən, 200 ziyarətçi vaxtında təxliyə edilsə də, çox sayda insan ticarət mərkəzində qalaraq dağıntılar altında və ya binada köməksiz vəziyyətdə qalıb.
Hazırda xilasedicilər binada qalan insanların xilas edilməsi üçün əməliyyata hazırlaşırlar.
Rəsmi məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.














