Bu gün “Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı 60 mağazaya ziyan dəyib.
FED.az xəbər verir ki, hadisə zamanı zərər görən mağaza sahiblərindən biri sığortalarının olmadığını bildirib:
Eləcə də bax: «20-yə yaxın mağaza yanıb, hərəsində - 1-2 MİLYONLUQ PARÇA VARDI»
“Nə sığorta? Bazarda sığorta var? Ancaq yer pulu veririk”.
Mağaza sahibləri deyir ki, yanğın ilk olaraq dəri satılan mağazadan başlayıb, sonra parça satılan mağazaya keçib.
“300-400 top parça olan mağaza yanıb. Parçaların bir topu 150-200 manatdır. Ən az dəyən zərər 100 min manatdır”.
Qeyd edək ki, yanğın 900-1000 kvadratmetr ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülüb.
Oxu