"Meqa-Siti Holdinq” MMC-nin rüşvət və dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri barəsində ibtidai istintaq başa çatıb.
FED.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.
Maksim Zeynalov, Elnur Məmmədov, Fariz Nuruyev, Tamara Novruzova və Adil Qəribovun təqsirləndirilidiyi iş üzrə 60-dan çox zərərçəkmiş var.
Qeyd edək ki, çoxmərtbəli yaşayış binasının tikintisi ilə məşğul olan "Meqa-Siti Holdinq”in payçıları Aqil Qədirov və Elnur Məmmədov iki il əvvəl 1 milyonluq dələduzluqda ittiham edilərək məhkum ediliblər. Onlar inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satmaqda təqsirli bilinirlər.(report)