Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən Gürcüstana qeyri-qanuni yollarla qızıl-zinət əşyaları keçirməyə cəhd göstərən Azərbaycan vətəndaşı saxlanılıb.
FED.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlir Xidmətindən məlumat verilib.
Bildirilib ki, qurumun əməkdaşları Azərbaycan vətəndaşının üzərinə baxış keçirərkən 58.04 qram çəkidə 7 min 856.52 lari (4 min 682 manat) dəyərində bəyan edilməmiş qızıl-zinət əşyaları aşkarlayıblar.
Saxlanılan şəxs Gürcüstan Vergi Məcəlləsinin 289-cu maddəsinə əsasən 7 865.52 lari (4 min 682 manat) cərimələnib.