İranın Qum şəhərində 2 nəfərin koronavirusdan ölümündən sonra paytaxt Tehranda vətəndaşlar təşvişə düşüb.
Eləcə də bax: İranda koronavirusdan ölənlərlə bağlı - NARAHATEDİCİ AÇIQLAMA
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tehran küçələrində insanlar artıq qoruyucu maskalarla gəzməyə başlayıb. Digər tərəfdən Qum və Arak şəhərlərində Covid-19 şübhəsi ilə karantinə götürülən daha 3 nəfərdə də koronavirusun aşkarlanması hökuməti hərəkətə keçirib. Prezident Həsən Ruhaninin təlimatı ilə “Koronavirusun qarşısının alınması və mübarizə mərkəzi” yaradılıb.
Mərkəzə Səhiyyə, Daxili İşlər, Turizm, Nəqliyyat nazirlikləri, Silahlı Qüvvələrin təmsilçiləri qatılıb.