Qum şəhərində koronavirusdan ölən iki iranlı çinlilərlə və ya Çində olan şəxslərlə əlaqədə olmayıb.
FED.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin İnfeksion xəstəliklərlə mübarizə komitəsinin üzvü Məsud Mərdani bildirib.
Eləcə də bax: İranda 2 nəfər - KORONAVİRUSDAN ÖLDÜ
Fevralın 19-da İranda iki nəfər koronavirusdan ölüb. İran vətəndaşı olmuş bu şəxslər Qum şəhərində yaşayıblar.
Yoluxmanın necə baş verməsinin müəyyən olunmaması ekspertlər tərəfindən qorxunc hal kimi qiymətləndirilib.
İran Səhiyyə Nazirliyinin nümayəndəsi ölkənin digər ərazilərində yoluxma halları barədə informasiya almadığını vurğulayıb.
Qum Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Reza Qadir koronavirus şübhəsi olan insanların karantində saxlanılması üçün ölkədə iki xəstəxananın ayrıldığını bəyan edib. Bununla belə, o, Qumda virusla bağlı məsələnin nəzarətdə olduğunu vurğulayıb.
IRIB xəbər yayıb ki, Qumda koronavirusla bağlı məsələnin araşdırılması üçün məktəb və universitetlərdə dərslər təxirə salınıb.
Oxu