Hadisə

"Huawei"nin sahibinin qızı və qlobal direktoru Kanadada həbs edildi

"Huawei"nin sahibinin qızı və qlobal direktoru Kanadada həbs edildi | FED.az
09:35 6 Dek 2018

Çinin texnologiya şirkəti "Huawei"nin banisi və sahibi Ren Zhengfei-nin qızı və şirkətin qlobal maliyyə direktoru Meng Wanzhou, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozduğu iddiası ilə Kanadada həbs edilib.

Kanada polisi, Çinin  texnologiya şirkəti "Huawei"nin qlobal maliyyə direktoru (CFO) Meng Wanzhou-nu həbs edib.

"The Globe ve Mail"in Ədliyyə Nazirliyinin sözçüsünə istinadən yaydığı xəbər görə, Meng Wanzhou 1 Dekabrda ABŞ-ın İrana qarşı sanksiyalarına əməl etmədiyi şübhəsilə saxlanılıb və bu gün ABŞ-a ekstradisiyasına dair məhkəmə iclası keçiriləcək.

"Huawei"nin banisi Ren Zhengfei-nin qızı olan Meng Wanzhou, həmçinin texnologiya şirkətinin sədr müavinlərindən biridir.

"Huawei", dünyanın ən böyük texnologiya və telekommunikasiya şirkətlərindən biri kimi göstərilir. "Reuters" xəbər agentliyi, məsələ ilə bağlı məlumat almaq üçün şirkət nümayəndələri ilə əlaqə yarada bilməyib.

Digər xəbərlər

Banner