Həftənin bazar ertəsindən başlayaraq iqtisadi kriminal cinayətlər yenə özünü göstərib.
Fed.az xəbər verir ki, keçdiyimiz həftə ərzində ümumilikdə 37 nəfər iqtisadi cinayət törətdiyinə görə saxlanılıb. Saxlanılan şəxslər arasında mülki-hüquqi öhdəliklərdən yayınanlar, borclu şəxs qismində saxlanılanlar və bankomat kartından pul oğurlayanlar var.
Ayın 2-də borclu şəxs qismində axtarışda olan 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Ayın 3-də mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Ayın 4-də mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Ayın 5-də mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Eynı gündə qonşusuna aid bankomat kartından pul çıxarmaqda şübhəli bilinən Sabirabad rayon sakini X.Əhədova saxlanılıb.
Ayın 6-da borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Borcunu qaytarmayan 36 nəfər tutulub – İqtisadi kriminal
11:07
7 İyul 2018