Bu gün günorta saatlarında Bakının mərkəzini su basıb.
FED.az xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb.
Bu səbəbdən yolda həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, ərazidə 500 mm-lik diametrli xətdə qəza baş verib:
“Bununla əlaqədar ərazidə suyun verilməsi dayandırılıb. Hazırda qəza briqadası əraziyə cəlb olunub.
Qəzanın aradan qaldırılması üçün işlər görülür. Baş vermiş qəza aradan qaldırıldıqdan sonra suyun verilməsi təmin olunacaq”.
Eləcə də bax: “Dəmirçi Plaza”da tüstülənmə olub - FOTO