Paytaxtın Nərimanov ərazisində yerləşən taxta bazarında 03:00 radələrində yanğın başlayıb.
FED.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu yanğınsöndürən cəlb olunub.
1 saatlıq müdaxilədən sonra yanğın məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
İlkin məlumata görə, bazarının ərazisində yanğın nəticəsində təxminən 350-400 m² sahədə taxta materiallar yanıb.
Yanğının səbəbi hələlik məlum deyil.
Eləcə də bax: "Qaçqınkom"da ciddi pozuntular - materiallar Baş Prokurorluğa göndərilib