Rusiya Azərbaycan ilə sadələşdirilmiş gömrük dəhlizi yaratmaq niyyətindədir.
Azərbaycanla Rusiya arasında “Xanoba” gömrük məntəqəsinin tikintisi - BAŞA ÇATIR
FED.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti rəhbəri vəzifəsini yerinə yetirən Ruslan Davıdov “RBK” saytında dərc olunmuş məqaləsində məlumat verib.
O bildirib ki, “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq dəhlizləri sayəsində əmtəə dövriyyəsini 35 faiz artırmaq mümkün olub. Rusiya Azərbaycan ilə yanaşı, Türkiyə, İran, Çin və Suriya ilə də nəqliyyat marşrutlarını inkişaf etdirməyi planlaşdırır.
R.Davıdov qeyd edib ki, Azərbaycan, Çin və Monqolustan ilə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması layihəsi də reallaşdırılır. (Azərtac)