Aprelin 19-da Dövlət Gömrük Komitəsinin sədri ilə biznes nümayəndələri arasında növbəti görüş keçirilib.
270 mal növü 2031-ci ilədək gömrük rüsumundan - AZAD EDİLDİ
FED.az xəbər verir ki, Komitə sədri Şahin Bağırov Caspian Energy Club-un üzvləri ilə görüşüb. Görüşdə neft və qeyri-neft sektorunu təmsil edən 120-dən çox dövlət və özəl şirkətlərin nümayəndələri iştirak edib.
Caspian Energy Club-un İdarə Heyətinin sədri Telman Əliyev gömrük-biznes əməkdaşlığının əhəmiyyətindən danışıb, bu baxımdan gömrük orqanları ilə rəhbərlik etdiyi qurumun üzvləri arasında səmərəli və işgüzar münasibətlərin qurulduğunu bildirib.
Tədbirdə xüsusi təqdimatla çıxış edən Komitə sədri gömrük işi sahəsində sahibkarlar üçün gömrük alətləri, gömrük prosedurları, sahibkar məmnunluğunu təmin edən vasitələr, bu istiqamətdə həyata keçirilən proqramlar barədə məlumat verib. Komitə sədri gömrük-biznes əməkdaşlığının, qarşılıqlı etimadın daha da gücləndirilməsi, fəaliyyətin könüllü riayət prinsipi əsasında qurulması ilə bağlı fikirlərini iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az