Azərbaycana idxal olunan 270 növ müxtəlif mallar 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilib.
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişikliyə əsasən, idxal rüsumundan azad edilən 203 mal üzrə gömrük dərəcəsi 15 %, 67 mal üzrə isə 5 % təşkil edirdi.
Bu siyahıya balıq unu, şəkər əlavələri və siroplar, həmçinin bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr, kağız, karton və sair mallar daxil edilib.
Qeyd edək ki, bu ilin fevralın 8-də Nazirlər Kabinetinin qərarı ilə qeyd edilən mal növləri 2023-cü ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilmişdi.
Yeni qərar 2024-cü ilin yanvarın 1-dən qüvvəyə minir.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az