Dövlət Gömrük Komitəsi (DGK) bu gün problemlərlə üzləşdiyinə görə etiraz videosu yayan və bu problemlərdə Dövlət Gömrük Komitəsini də günahladıran tanınmış daşıma şirkəti «Mover» MMC-nin rəhbəri ilə bağlı məlumat yayıb.
Gömrük Komitəsində dəyişikliklər, yeni idarələr yaradıldı – PREZİDENTDƏN FƏRMAN
FED.az xatırladır ki, video müraxiətdə «Mover» MMC-nin rəhbəri Arif Şəmistanlı şirkətin son illər üzləşdiyi problemləri qeyd edib və Dövlət Gömrük Komitəsinin də ona süni problemlər yaratdığını bildirib. Onun sözlərinə görə, vaxtilə «Mover» MMC böyük yatırımlar hesabına daşımalar bazarında irəliləyişə nail olub. Amma sonradan yaradılan problemlər səbəbindən xaricdən daşımalar bazarında şirkətin payı 30% olduğu halda, 2021-ci ildə 10%-ə, 2022-ci ildə isə cəmi 3%-ə düşüb.
A.Şəmistanlı «Mover»in üzləşdiyi problemlər səbəbindən hazırda 1300-dən çox müştərinin bağlamasının çatdırılması ilə bağlı çətinliklərlə üzləşdiyini bildirib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda bildiriir ki, rəhbəri olduğu şirkətin müflisləşməsində gömrük orqanlarını ittiham edən Arif Şəmistanlı mayın 12-də Dövlət Gömrük Komitəsinə dəvət edilib və müraciətində qaldırdığı məsələlər nəzərdən keçirilib.
Komitə bildirib ki, ilkin məlumata əsasən 2023-cü ildə “Mover” MMC sürətli daşımalarla az həcmdə məşğul olub və onun rastlaşdığı çətinliklər daha əvvəlki illərə təsadüf edir.
«Hazırda məsələ ilə bağlı müvafiq araşdırma aparılır»-deyə Komitədən bildirilir.
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az