Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin strakturuna dəyişiklik edib. FED.az xəbər verir ki, prezident bu gün “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Baş nazirdən Laçın dövlət sərhəd buraxılış məntəqəsi ilə bağlı - QƏRAR
FED.az xəbər verir ki, Fərmana əsasən Azərbaycanın yerlərdəki gömrük idarələrinin sayı artırılıb. O cümlədən dənizdə gömrük və azad iqtisadi zonalar üzrə gömrük idarələri yaradılıb.
Üstəlik, buraya ilk dəfə olaraq Şərqi Zəngəzur və Tovuz ərazi idarələri əlavə edilib. İndiyədək ölkənin istiqamətləri prinsipi üzrə formalaşan ərazi idarələri indi gömrük məntəqəsinin yerləşdiyi rayonlar üzrə ayrılıb.
Belə ki, indiyədək gömrük sistemində Bakı Baş Gömrük İdarəsi; Naxçıvan Baş Gömrük İdarəsi; Sumqayıt Baş Gömrük İdarəsi; Qərb Ərazi Baş Gömrük İdarəsi; Cənub Ərazi Baş Gömrük İdarəsi; Şimal Ərazi Baş Gömrük İdarəsi; digər ərazi gömrük idarələri vardı.
İndi isə ərazi gömrük idarələrinin siyahısı belədir:
1. Bakı Baş Gömrük İdarəsi;
2. Naxçıvan Baş Gömrük İdarəsi;
3. Astara Gömrük İdarəsi;
4. Balakən Gömrük İdarəsi;
5. Biləsuvar Gömrük İdarəsi;
6. Gəncə Gömrük İdarəsi;
7. Xaçmaz Gömrük İdarəsi;
8. Sumqayıt Gömrük İdarəsi;
9. Şərqi Zəngəzur Gömrük İdarəsi;
10. Tovuz Gömrük İdarəsi;”;
Fərmanla “Enerji resursları və dəniz nəqliyyatında Baş Gömrük İdarəsi”nin adı dəyişdirilərək “Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi” adlandırılıb.
Bundan başqa, Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi yaradılıb. \
İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir. “FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.
www.mobilbroker.az