2024-cü ildə xarici ticarət iştirakçılarının sayı ölkələr üzrə 180 olub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu illik müqayisədə 13 ölkə (7%) azdır.
2024-cü ildə xarici ticarət iştirakçılarından fiziki şəxslərin sayı 57 416, hüquqi şəxslərin (şirkətlərin) sayı 11 288 olub. Hüquqi şəxslərin 246-sı özəl sektordan, 11 042-si dövlət sektorundan olub.
Xarici ticarət iştirakçısı olan fiziki şəxslərin sayı illik müqayisədə 3 745 şəxs (6%) azalb, hüquqi şəxslərin sayı isə 682 şəxs 6% artıb. Xarici ticarət iştirakçılarının ümumi sayı isə 3 min 63 şəxs (4%) azalıb.
Dövlət sektorundan hüquqi şəxs iştirakçıların sayı 40 şəxs (14%) azalıb, özəl sektorda isə 722 şəxs (7%) artıb.
2023-cü ildə xarici ticarət iştirakçılarının sayı 71 min 767, o cümlədən fiziki şəxslərin sayı 61 min 161, hüquqi şəxslərin sayı 10 min 606 olub. Hüquqi şəxslərin 10 min 320-sı özəl sektordan, 286-sı dövlət sektorun payına düşüb. Xarici ticarət iştirakçılarının sayı ölkələr üzrə 194 olub