Gömrük orqanları tərəfindən hazırda elektron ticarət vasitəsilə ölkədən ixrac məhsulları üzərində müvafiq işlər aparılır.
Azərbaycanın xarici ticarət dövriyyəsi 12 milyard dolları keçib
FED.az xəbər verir ki, bu barədə bu gün Dövlət Gömrük Komitəsinin və Azərbaycan Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən seminarda məlumat verilib.
"Yəni yerli sahibkarlar tərəfindən istehsal olunmuş malların xaricə satışı istiqamətində gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı işlər aparılmaqdadır. Hazırda bu məsələ üzrə həm texniki, həm də qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi istiqamətində tədbirlər görülür. Aidiyyəti dövlət qurumları ilə də bu proseslər razılaşdırıldıqdan sonra bu məsələ öz həllini tapacaq", - deyə qeyd olunub. (Trend)