Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 448 mln. 887,44 min dollar dəyərində 21 752,59 ton əczaçılıq məhsulları idxal edib.
Azərbaycanda dərman zavodlarının açılışı dərman qiymətlərinə necə təsir edəcək? - VIDEO
FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu, həcm baxımından 2022-ci ilin 9 ayı ilə müqayisədə 1057,27 ton və ya 5,1% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 25 mln. 987,35 min dollar və ya 5,5% azdır.
Ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 474 mln. 874,79 min dollar dəyərində 20 695,32 ton əczaçılıq məhsulları idxal edib.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 3,6%-ni təşkil edib. (Apa)